Termopress SB05C (40*60sm) dəstəkli



Termopress SB05C (40×60 sm) — dəstəkli, touch screen ekranlı peşəkar düz istilik presi

Termopress SB05C — 40×60 sm ölçülü geniş iş səthi ilə sublimasiya və termotransfer işləri üçün nəzərdə tutulmuş yüksək təzyiqli düz istilik presidir. Yeni model olaraq, o, touch screen (sensor) idarəetmə paneli ilə təchiz edilib və temperatur, vaxt kimi parametrlərin dəqiq və rahat şəkildə idarə olunmasına imkan yaradır. Cihaz şəkillərin düz sublimasiya xammallarına və tekstil materiallarına tətbiqi üçün mükəmməldir. Təzyiq tənzimləyicisinin mərkəzi yerləşməsi pres səthində təzyiqin bərabər paylanmasını təmin edir ki, bu da keyfiyyətli və sabit nəticə üçün vacibdir — xüsusilə də böyük formatlı işlərdə. Modelin ən praktik xüsusiyyətlərindən biri önə-arxaya sürüşən masa dəstəyidir. Bu sistem iş prosesini həm təhlükəsiz, həm də daha rahat edir: xammalı isti plitəyə toxunmadan yerləşdirməyə və çıxarmağa imkan verir.

Çəki 38kq
Zəmanət 1 il
Gövdə Metal
Güc 2600watt
Baza Qalın aliminium
Qızdırıcı lövhənin yapışmağa qarşı örtüyü Var
Dəstəkli masa əl ilə önə və arxaya hərəkət edə bilir
Tətbiqetmə üsulu sublimasiya çapı
İş mexanizmi əl ilə
Model köynək termopress SB05C
Keyfiyyətli çap istiliyin sabit və bərabər paylanması, yüksək çap keyfiyyəti
Press sahəsi 40*60sm
Ekran sensor ekran (temperatur və vaxtın rahat idarə olunması)
Səhifələr Kateqoriyalar