Çatdırılma
Çatdırılma göstərilən ünvana saat 10:00–18:00 aralığında həyata keçirilir. Razılaşdırılmış vaxtda müştərinin ünvanında olması vacibdir, çünki kuryer yola düşməzdən əvvəl təxminən 1–2 saat əvvəl onunla əlaqə saxlayır. Onlayn sifariş təsdiqləndikdən sonra çatdırılma vaxtı müştəri ilə əlavə olaraq razılaşdırılır. Əgər müştəri məhsulu təklif olunan gündə qəbul edə bilmirsə, sifariş 7 gün müddətinə saxlanılır; bu müddət bitdikdən sonra ödəniş edilməmiş sifariş avtomatik ləğv edilir. Bu qayda bütün çatdırılma növlərinə şamil edilir və yalnız ödəniş edilməmiş sifarişlər üçün keçərlidir.
Çatdırılma ünvan daxilində, dəhlizlər və keçidlər maneəsiz olduqda həyata keçirilir və keçidlərin ölçüləri məhsulun qablaşdırmasından ən azı 5sm böyük olmalıdır. Əgər məhsulu içəri daşımaq mümkün deyilsə, o, ünvanın ən yaxın əlçatan nöqtəsində təhvil verilir. Kuryer ərazi təmizliyi və obyektlərin yerinin dəyişdirilməsi ilə məşğul olmur və məhsulun istifadə qaydaları, quraşdırılması və tənzimlənməsi barədə məsləhət vermir. Məhsulu qəbul edən müştəri məhsulun xarici görünüşünü, qablaşdırmasını, sayını, komplektasiyasını və sənədlərin mövcudluğunu yoxlamaq hüququna malikdir. Sifariş yalnız müvafiq şəxsə və ya onun adından məlumat verən şəxsə təhvil verilir və çatdırılma sənədlərin imzalanması ilə tamamlanmış sayılır. Sənədlər həm kağız, həm də elektron formada təqdim oluna bilər. Azərbaycan Respublikasının hüdudlarından kənara çatdırılma həyata keçirilmir.
Çatdırılma müddəti sifarişin ölçüsü və yerləşdiyi anbardan asılıdır. Bakı, Sumqayıt və Xırdalanda kiçik ölçülü sifarişlər, əgər anbarda varsa və 14:30-a qədər verilibsə, həmin gün çatdırıla bilər. Böyük ölçülü sifarişlər mərkəzi anbarda olduqda 2 gün ərzində çatdırılır; digər anbarlardan çatdırılma müddəti uzana bilər. Regionlara çatdırılma isə regional mağazada və ya anbarda məhsulun mövcudluğundan asılı olaraq 3 gün ərzində həyata keçirilir. Digər mağaza və anbarlardan satış olunarsa, çatdırılma müddəti uzana bilər.
Sifarişin çatdırılma qiyməti 250 AZN-dək olduqda 5 AZN təşkil edir, 250 AZN-dən yuxarı sifarişlərdə çatdırılma ödənişsizdir. Dəqiq ünvanı olmayan və ya təhvil şərtləri uyğun olmayan sifarişlər üçün çatdırılma həyata keçirilmir. Sifarişi rəsmiləşdirən istifadəçi göstərilən çatdırılma şərtləri ilə avtomatik olaraq razılaşmış sayılır.
Ekspress çatdırılma qiyməti 19,99 AZN təşkil edir. Bakı, Sumqayıt və Xırdalanda ekspress sifarişlər 17:00-a qədər verilirsə həmin gün, 17:00-dan sonra verilirsə növbəti gün çatdırılır.
Ödəniş üsulları arasında onlayn ödəniş bank kartı ilə, KapitalBank (BirBank) taksit kartı ilə, sifarişi təhvil alarkən bank kartı və ya nağd ödəniş, həmçinin Apple Pay və Google Pay mövcuddur.
AZ
RU
EN