Termopress SB05B (38×38 sm) — yeni model, sensor ekranlı düz istilik presi
Termopress SB05B — 38×38 sm ölçülü, yüksək təzyiq altında işləyən peşəkar düz istilik presidir. Bu yeni model touchscreen (sensor) ekran ilə təchiz olunub, bu isə temperaturun və vaxtın idarə edilməsini daha rahat və dəqiq edir. Pres şəkillərin və dizaynların düz sublimasiya xammalına və tekstil materiallarına tətbiqi üçün nəzərdə tutulub. Təzyiq tənzimləyicisinin mərkəzi yerləşməsi sayəsində bütün iş səthi boyunca bərabər təzyiq təmin olunur və nəticədə daha vahid və keyfiyyətli çap əldə edilir. Termopress SB05B geyim istehsalı, suvenir hazırlığı, reklam və poliqrafiya sahəsində çalışanlar üçün ideal seçimdir.
| Çəki | 25kq |
| Zəmanət | 1 il |
| Gövdə | Metal |
| Güc | 1400watt |
| Baza | Qalın aliminium |
| Qızdırıcı lövhənin yapışmağa qarşı örtüyü | Var |
| Dəstəkli masa | Yox |
| Tətbiqetmə üsulu | sublimasiya çapı |
| İş mexanizmi | əl ilə |
| Model köynək termopress | SB05B |
| Keyfiyyətli çap | istiliyin sabit və bərabər paylanması, yüksək çap keyfiyyəti |
| Press sahəsi | 38*38sm |
| Ekran | sensor ekran (temperatur və vaxtın rahat idarə olunması) |
AZ
RU
EN