SA1410 80Watt



SA1410 80W (Ruida) lazer dəzgahı — ağac, faner, akril, dəri, rezin, karton və plastik kimi materialların dəqiq kəsilməsi və oyulması üçün nəzərdə tutulmuş peşəkar səviyyəli stolüstü CO₂ aparatıdr. Qurğu yüksək dəqiqlik, sabit işləmə, hamar hərəkət trayektoriyası və LightBurn, RDWorks kimi peşəkar proqramların dəstəyi ilə seçilən sənaye tipli Ruida idarəetmə platası ilə təchiz olunub.

80W gücü müxtəlif sıxlıqdakı materialların rahat emalına imkan yaradır, geniş baxış pəncərəli iş kamerası isə prosesi daha təhlükəsiz və rahat edir. SA1410 lazer dəzgahı emalatxanalar, reklam studiyaları və kiçik istehsal üçün yüksək keyfiyyət və dəqiqlik tələb edən layihələrdə ideal seçimdir.

Çəki 410kq
Zəmanət 1 il
İdarəetmə paneli RUIDA 8445S
İş sahəsi 1400*900mm
Lampa gücü və növü EFT F2 80W
Masa Qalxib-enən masa, Pətək masa
Red light focus Var
Hava ventilyatoru 550w lıq
Daşıma ölçüləri 216*175*123sm
Model CO2 SA1410
Səhifələr Kateqoriyalar