SA1410 100W (Ruida) lazer dəzgahı — ağac, faner, akril, dəri, rezin, karton və plastik kimi materialların dəqiq kəsilməsi və oyulması üçün nəzərdə tutulmuş peşəkar səviyyəli stolüstü CO₂ aparatıdr. Qurğu yüksək dəqiqlik, sabit işləmə, hamar hərəkət trayektoriyası və LightBurn, RDWorks kimi peşəkar proqramların dəstəyi ilə seçilən sənaye tipli Ruida idarəetmə platası ilə təchiz olunub.
100W gücü müxtəlif sıxlıqdakı materialların rahat emalına imkan yaradır, geniş baxış pəncərəli iş kamerası isə prosesi daha təhlükəsiz və rahat edir. SA1410 lazer dəzgahı emalatxanalar, reklam studiyaları və kiçik istehsal üçün yüksək keyfiyyət və dəqiqlik tələb edən layihələrdə ideal seçimdir.
| Çəki | 410kq |
| Zəmanət | 1 il |
| İdarəetmə paneli | RUIDA 8445S |
| İş sahəsi | 1400*900mm |
| Lampa gücü və növü | CDWG 1300T7 100W |
| Masa | Pətək masa, Qalxib-enən masa |
| Red light focus | Var |
| Hava ventilyatoru | 550w lıq |
| Daşıma ölçüləri | 216*175*123sm |
| Model CO2 | SA1410 |
AZ
RU
EN