Konica minolta Bizhub C300İ



Konica Minolta Bizhub C300i — 30 səh/dəq sürətə malik, yüksək funksionallıqlı rəngli SRA3 çoxfunksiyalı cihazdır. Böyük 10.1" toxunma ekranı 90°-ə qədər əyilə bilir və toxunuşları vibrasiya ilə təsdiqləyərək istifadə rahatlığını artırır.

Bu MFP orta həcimli çap, surətçıxarma və skan işləri üçün nəzərdə tutulub. Rəngli və qara-ağ sənədlərin sürətli və səmərəli emalını təmin edir. Bulud servisləri və mobil çap dəstəyi iş proseslərini asanlaşdırır, fərdiləşdirilə bilən interfeys isə cihazı öz iş tərzinizə uyğunlaşdırmağa imkan verir.

Bizhub C300i SRA3 formatını, 300 qr/m²-ə qədər qalın kağızları (bütün lotoklardan 256 qr/m²-ə qədər) və avtomatik dupleks çapı dəstəkləyir. Bundan əlavə, cihaz 1.2 metr uzunluğa qədər banner çapını mümkün edir ki, bu da onu ofis, reklam və istehsal mühitlərində daha universal edir.

Zəmanət 1 il
Format SRA3 (320*457mm), A3, A4
Əlavə funksiyalar Qatlama, Cildləmə, Faks, Buklet hazırlamaq
Çap növü Rəngli: 4 rəng, Ağ-qara, Lazer
Çap sürəti 30 səh/dəq
Duplex çap 56-256 qr/m2, Var
Lotok həcmi 2*500 vərəq + 150vərəq
Kağızın qalınlığı 52-300 qr/m2
Katric resursu Rəngli: 28000 səh, Qara: 28000 səh
Səhifələr Kateqoriyalar